İlin ilk yarısında Kamaz-ın xalis mənfəəti 5 dəfə artıb
Rusiya mühasibat standartlarına (RAS) görə, Kamaz şirkətinin xalis mənfəəti 2021-ci ilin yanvar - iyun ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artaraq 554 milyon rubldan (12 milyon 686 min manatdan) 2,83 milyard rubla (64 milyon 807 min manata) yüksəlib.
Marja xəbər verir ki, bu barədə şirkətin hesabatlarından məlum olur.
Hesabat dövründə şirkətin gəliri 50,64% artaraq keçən ilin eyni dövründəki 74,56 milyard rubla (1 milyard 707 milyon 424 min manat) qarşı 112,3 milyard rubla (2 milyard 571 milyon 670 min manat) çatıb.
“Əldə olunan göstəricilər, yük və sərnişin nəqliyyat vasitələrinin model çeşidinin inkişafı, qabaqcıl istehsal texnologiyalarına yiyələnməyə yönəlmiş investisiya layihələrinin uğurlu icrası üzrə işlərin nəticəsidir. Əlavə olaraq, keçən il bazara təqdim etdiyimiz K5 nəsil model çeşidinin yeni məhsulu olan KAMAZ-54901 nəqliyyat vasitələrinin aktiv satışı sayəsində bu ilin ilk yarısında yaxşı maliyyə nəticələri əldə edə bildik”- Kamaz şirkətinin direktoru Sergey Kogogin bildirib.
Dünyanın ən böyük iyirmi istehsalçısından biri olan Kamaz, Rusiyanın ən böyük yük maşını istehsalçısıdır. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər və enerji blokları istehsal edir. Kamazın ən böyük səhmdarları dövlət şirkəti Rostec (49,9%), Avtoinvest (23,54%) və Daimler Truck-dır (Almaniyanın Daimler konserninin törəməsi 15%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















