"Goldenpay" şirkəti 14 ildir vaxtınıza dəyər qatır!
GoldenPay, bu gün 200-dən çox xidməti özündə birləşdirən və 500-dən çox partnyor şirkətlə əməkdaşlıq edən Azərbaycanın ən böyük onlayn ödəmələr şirkətidir.(®️) Azərbaycanın ilk və ən böyük onlayn ödəniş portalını yaradan GoldenPay şirkəti artıq 14 ildir ki, istifadəçilərinə xidmət göstərməkdən qürur duyur. Belə ki, yarandığı ilk gündən etibarən Azərbaycanda insanların maliyyə vəsaitlərindən istifadə vərdişlərini dəyişdirərək, mövcud olduğu bazarda ilkə imza atıb.
2007-ci ilin İyul ayının 13-ü Ədliyyə Nazirliyində qeydiyyatdan keçən GoldenPay texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. İlk başda startap şəklində qurulmuş GoldenPay, bu gün 200-dən çox xidməti özündə birləşdirən və 500-dən çox partnyor şirkətlə əməkdaşlıq edən Azərbaycanın ən böyük onlayn ödəmələr şirkətidir.
GoldenPay şirkəti fəaliyyət dövrü ərzində Azərbaycan bazarına daim yeniliklər qatmaqla yanaşı, müxtəlif yerli və xarici şirkətlərlə əməkdaşlıq etmiş, istifadəçilərin etimadını daim doğrultmuşdur.
Qeyd edək ki, GoldenPay şirkəti 14-cü ad günü münasibətilə sosial media kanallarında istifadəçiləri üçün müsabiqə təşkil edib. Bu yol ilə istifadəçilərini düşündüyünü və hər zaman birlikdə daha güclü olduqlarını vurğulayır.
2011-ci ilin Aprel ayında GoldenPay şirkəti Azərbaycanın ən böyük onlayn xidmətlər platforması - Hesab.az-ı yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür. Hesab.az-ın təqdim etdiyi növbəti xidmət - Hesab Travel isə istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir.
Hesab.az-da ödəniş etmək hər zaman rahat olmaqla yanaşı, ödənişlər haqqında məlumatları real vaxt ərzində əldə etmək mümkündür. Əsas olaraq onu da qeyd etmək istərdik ki, informasiya təhlükəsizliyi məlumatlarını qorumaq üçün Hesab.az onlayn ödəniş platrofması mövcud olan müasir vasitələrlə təmin olunur.
Qeyd edək ki, Hesab.az ödəniş platforması xidmətlərin sayını daim genişlənməklə yanaşı, istifadəçilər üçün gələcəkdə yeniliklər və sərfəli kampaniyalar keçirməyi nəzərə tutur. Hesab.az yaxın zamanlarda istifadəçilərə yenilənmiş mobil tətbiqini və daha bir yeni məhsulu - HesabShop onlayn alış-veriş platformasını təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





