"Zombi mədənlər" yüksələn metal qiymətlərilə yenidən açılır
Daha əvvəl zəif qiymətlər ilə əlaqədar bağlanmış bir çox mədən əmtəə və metalların qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq yenidən açılacaqArtan metal qiymətlərilə əlaqədar daha əvvəl bağlanılmış bir çox mədən yenidən işə salınacaq.
Marja xəbər verir ki, "Adriatic Metals" şirkəti Bosniya-Hersoqovinada sonuncu dəfə 1990-cı illərdə gümüş çıxardığı Vares layihəsinə 2022-ci ildə yenidən başlamağı hədəfləyir.
Əmtəə qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq Avropa, Avstraliya və Cənubi Afrikadan mədənçilər də yeni sahə axtarışındadırlar. Bazar dəyərinə görə dünyanın ən böyük platin şirkəti olan "Anglo American Platinim" Bokonidəki passiv mədənlər üçün ən azı 4 fərqli qrupun təklif təqdim etdiyini bildirib.
Köhnə mədənləri istifadə etmənin daha az xərcli olduğunu, çünki hal-hazırda qurulmuş olan infrastrukturu istifadə edə bildiklərini qeyd edən Cronin, yeni texnologiyaların da əməliyyatları daha ucuz hala gətirdiyini bildirib.
Avstraliyanın mədən şirkətləri Panoramic və Mincor, 2016-cı ildə aşağı nikel qiymətlərinə görə işləri dayandırdığı mədənlərində istehsala yenidən başlamaq barədə qərarı qəbul ediblər. Boss Energy isə 2014-cü ildəki zəif qiymətə görə bağladığı Honeymoon Uran mədənini 12 ay ərzində işə salmağı planlaşdırır.
Güclü iqtisadi mühit mədənçiləri yenidən əməliyyata başlamağa təşviq edir. Yenidən açılan mədənlərin böyük bir hissəsinin bağlı olmasının səbəbi əvvəllər sərfəli olmamaları idi.
Bloomberg Əmtəə İndeksi ilin əvvəlindən bu yana 21% yüksəlib. Qiymətli metalların olmadığı Bloomberg Əsas Metal İndeksi də 20%-dən çox artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)









