Dünyanın ən dərin hovuzu açılıb - 60 metr! - QİYMƏTLƏR
Özü də 1500 kvadrat metrlik sualtı şəhərin içində...Bürc Xəlifə kimi planetin ən hündür binası və bir sıra başqa rekordlarla məşhur olan Dubay daha bir yeniliyə imza atıb.
Marja xəbər verir ki, dünəndən etibarən “Yaxın Şərqin incisi”ndə dünyanın ən dərin hovuzunun açılışı olub.
Dərinliyi 60 metrə çatan hovuz öz göstəriciləri ilə ötən ilin dekabrında istifadəyə verilmiş Polşanın Deepspot üzgüçülük mərkəzini (45) metr geridə qoyaraq, dünya rekordunu yeniləyib. Hovuzu doldurmaq üçün 14 milyon litr su lazımdır, bu isə Olimpiya oyunlarındakı 6 üzgüçülük hovuzunun həcmi qədərdir. Suyun temperaturu 30 °C-də saxlanılır ki, dərinliyə baş vurmaq istəyənlər üçün yüngül üzgüçülük kostyumu geyinmək rahat olsun.
Hovuzun daha bir maraqlı özəlliyi 1500 kvadrat metrlik “batmış şəhər”in daxilində yerləşməsidir. Deep Dive Dubai adlanan, balıqqulağına bənzər nəhəng attraksionun içərisində ən müasir işıqlandırma və səs sistemləri quraşdırılıb, qədim sualtı xarabalıq effektləri yaradılıb. Regionun ən iri sualtı kino studiyası da burda yerləşir.
Hələlik yalnız xüsusi dəvət əsasında xidmət göstərən obyektin ilk ziyarətçisi Dubay şahzadəsi Şeyx Həmdan bir Məhəmməd bin Rəşid əl Məktum olub. Nəhəng attraksion hovuzla birlikdə ilin sonunda dayvinq həvəskarlarının istifadəsinə veriləcək.
Qiymətlər 800 dirhəmdən (218 dollardan) başlayır.
Bu gönderiyi Instagram'da gör
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















