Məşhur siqaret istehsalçısından təəccüblü addım: tam fərqli biznesə girir
Siqaret aludəçiləri bir azdan Marlboro, Parliament kimi nostalji markaları tapmayacaq...ABŞ-ın və dünyanın ən iri siqaret istehsalçılarından biri, Marlboro, Parliament, Bond, L&M kimi məşhur markaların istehsalçısı Philip Morris şirkəti tamamilə fərqli biznes sahəsinə girir.
Marja xəbər verir ki, şirkət Böyük Britaniyanın nəfəs aparatları və müvafiq preparatlar istehsalçısı Vectura Group-u satın almaq üçün bir səhmə görə 150 pens (1,96 dollar) təklif edib.
Bu qiymət cari ilin may ayında özəl investisiya qrupu Carlyle ilə Vectura arasındakı ilkin razılaşmadan (1 səhmə görə 136 pens) təxminən 10% çoxdur. Xatırladaq ki, həmin vaxt sövdələşmənin ümumi dəyəri 958 milyon funt-sterlinq (1,36 milyard dollar) təşkil edirdi. Vectura-nın səhmdarları yeni təklifi dəyərləndirmək üçün gələn həftənin bazar ertəsi toplanacaq.
Qlobal siqaret istehsalçısı sağlamlıq biznesinə girir
Philip Morris öz ənənəvi siqaret biznesini yeni, sağlamlıq məhsulları sahəsi ilə əvəzləmək niyyətindədir. Şirkət hələ fevral ayında 2025-ci ilə qədər “Beyond Nicotine” məhsul seriyasından illik ən azı 1 milyard dollar gəlir əldə etmək planının açıqlayıb. Bu gedşlə məşhur siqaret markaları bir neçə ildən sonra artıq bazarda tapılmayacaq....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















