Çindən fantastik təklif: “Yer planetinə yaxınlaşan asteroidləri raketlə geri çevirək”...
Bunun üçün ilk sınaqda 20-dən çox iri raket göndərilməlidir.Çin alimləri bəzən Yerə həddən artıq yaxınlaşaraq, iri şəhərlərə düşmək təhlükəsi yaradan asteroidlərin qarşısını almaq üçün yeni üsul təklif edirlər.
Marja xəbər verir ki, fantastik səslənsə də, tədqiqatçılar nəhəng raketlərdən istifadə etməklə asteroidlərin hərəkət trayektoriyasını dəyişmək və beləliklə də, Yerə düşmək riskini azaltmağı planlaşdırır.
Əslində bu ideya yeni deyil. ABŞ artıq bu ilin sonu, yaxud gələn ilin əvvəlində hazırda Yerə yaxın yerləşən iki asteroidə robot kosmik gəmisini göndərməyə hazırlaşır. Kosmik gəmi asteroidlərin daha kiçik olanın səthinə qəza enişi edərək, onun hərəkət trayektoriyasının nə qədər dəyişəcəyini izləyəcək.
Çin Milli Kosmik Elmi Mərkəzində keçirilən simulyasiya sınaqları isə göstərib ki, Günəşin ətrafında fırlanan, eni 1970-ci ilə qədər dünyanın ən hündür binası olan Nyu-Yorkdakı Empire State Buildingə bərabər (443 metr) Bennu asteroidinin hərəkət istiqamətini dəyişmək üçün 23 ədəd Long March 5 tipli raket lazımdır. Eyni anda partlayan raketlər asteroidin trayektoriyasını Yerin radiusunun (6371 km) 1,4 misli qədər dəyişə bilər.
London İmperial Kollecinin hesablamalarına görə, növbəti 100 il ərzində eni 100 metrdən böyük asteroidlərin Yerə düşmə ehtimalı 1%-dir. Bununla belə, Çinlilər elmi araşdırmaları təcrübədə də yoxlamaq fikrində qətiyyətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















