Süni mərmər və qranit istehsalı zavodunun kredit borcu üzrə şərtlər dəyişdiriləcək
Süni mərmər və qranit istehsalı ilə məşğul olan "NB Seramik" MMC “Xalq” Bankdan aldığı kreditin şərtlərinin dətişdirilməsini və müddətinin uzadılmasını nəzərdə tutur.
Marja xəbər verir ki, "NB Seramik" MMC 12 İyul 2016-cı il tarixində “Xalq” Bank ilə kredit müqaviləsi imzalayıb. Kredit xətti müqaviləsinin təminatı qismində “NB Holding” ASC torpaq sahəsi üzərində icarə hüququnu banka girov qoyub.
"NB Seramik" MMC-nin, kredit xətti müqaviləsi üzrə ödəniş şərtlərinin dəyişdirilməsinə və müddətin əlavə 12 ay artırılaraq 12 İyul 2023-cü il tarixədək uzadılmasına ehtiyacı yaranıb.
Zəruri dəyişikliklər edilməsi ilə bağlı 09 Avqust 2021-ci il tarixində “NB Holding” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"NB Seramik" MMC 2016-cı ilin dekabr ayında süni mərmər və qranit zavodunu istifadəyə verib. Hüquqi ünvanı Gəncə şəhərində olan "NB Seramik" MMC 2 milyon 142 min manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Məmmədov Anar Şirzad oğludur. Qanuni təmsilçisi Vəliyev Pərviz Şamir oğlunun olduğu “NB Holding” ASC 4 min manat nizamnamə kapitalına malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















