“Azər-Maya”nın gəlirləri artıb – 2,8 MİLYON MANATLIQ XƏMİR MAYASI SATIŞI
Peslənmiş xəmir mayası istehsalçısı “Azər-Maya” ASC 2020-ci ili 133 min manat xalis mənfəət ilə başa vurub, bu, 2019-cu illə müqayisədə 48,5% çoxdur. “Azər-Maya” 2019-cu ili 98 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması satışın artmasından qaynaqlanır.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 2 milyon 337 min manat təşkil etmiş cəmi satış (əsas əməliyyat gəliri), 2020-ci ildə 2 milyon 779 min manata yüksəlib (442 min manat və ya 19% artıb). Satışın maya dəyəri isə 370 min manat və ya 16% artaraq 2 milyon 666 min manat təşkil edib.
Əsas əməliyyat gəlirindən (satışdan) maya dəyəri çıxıldıqdan sonra “Azər-Maya”nın 113 min manat ümumi mənfəəti yaranıb (2019-da 41 min manat).
Ötən il şirkət 53 min manat sair gəlirlər də əldə edib (2019-da 71 min manat).
Ötən il “Azər-Maya” ASC 166 min manat əməliyyat mənfəətindən 33 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, “Azər-Maya” ASC 2018-ci ildə 59 min manat, 2017-ci ildə 31 min manat, 2016-cı ildə 19 min manat, 2015-ci ildə isə 23 min manat xalis mənfəət əldə etmişdir.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında özəlləşdirilmiş müəssisə olan “Azər - Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
“Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı ixrac da olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















