Çin hökuməti texnologiya şirkətlərinə “qan uddurur”
Artıq dördüncü şirkətin tətbiqetmələri “app store”lardan çıxarılıb.Çin hökuməti son günlərdə bir sıra texnoloji şirkələri “sıxır”.
Marja xəbər verir ki, Çinin Kiberməkan Administrasiyası Nyu-York birjasında qeydiyyatdan keçmiş 3 şirkət - Yunmanman, Huochebang və Boss Zhipin haqqında kibertəhlükəsizlik qaydalarının pozulması iddiası ilə araşdırmaya başlayıb. Hər 3 şirkətə yeni istifadəçiləri qeydiyyatdan keçirmək qadağan edilib və onların tətbiqi proqramlarının PlayMarket, AppStore və s. kimi mobil platformalardan yüklənməsi dayandırılıb.
Bu, artıq son həftələrdə Çin hökumətinin təzyiqlərinə məruz qalan dördüncü şirkətdir. İyunun 30-da Çinin ən iri taksi proqramı Didi Nyu-York birjasındakı ilk IPO-sunda 4,4 milyard dollar maliyyə cəlb edərək, bazar dəyərini 67 milyard dollara çatdırmışdı. Cəmi bir neçə gün sonra Çin hökuməti şirkətin qərəzli şəkildə istifadəçilərin şəxsi məlumatlarını topladığını bildirib və onun tətbiqi proqramının ölkədə fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Çin hökuməti ötən ilin noyabrında elektron ticarət nəhəngi Alibaba-nın törəmə şirkəti Ant Group-un da 34 milyard dollarlıq IPO-sunu dayandırmış, bu ilin aprelində isə Alibabanı rekord məbləğdə - 2,8 milyara dollar cərimələmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























