Avropa İttifaqı rəqəmsal COVID sertifikatının tətbiqinə başlayır
Tətbiqi proqrama əsaslanan sistem karantindən azad səyahətə imkan verəcək.Avropa İttifaqı öz vətəndaşlarının iqtisadi zonanın daxilində sərbəst səyahət etməsinə imkan verəcək yeni sistemin - COVID pasportunun rəsmi tətbiqinə bu gündən başlayıb.
Marja xəbər verir ki, European Digital Certificate adlanan sistem tətbiqi proqram əsaslı olacaq və koronavirusa qarşı peyvənd olunmuş, neqativ test nəticəsinə malik və ya xəstələnib sağalmış şəxslərin əlavə karantin və məhdudiyyət olmadan digər dövlətlərin ərazisinə sərbəst gediş-gəlişini təmin edəcəkdir.
Proqram istifadəçilərə xüsusi QR kod verir və insanların peyvənd və ya test nəticələri dərhal sistemə inteqrasiya olunur. Bu isə əlavə sənəd və ya rəsmi kağız, yaxud elektron daşıyıcıda test nəticəsi təqdim etmək kimi zərurətləri aradan qaldırır. Sistem bir sıra Cənubi Avropa ölkələrinin təkidi ilə hələ mayın sonlarından sınaq rejimində tətbiq olunmağa başlamışdı. Avropa Komissiyası indiyə qədər 200 milyon sertifikatın mobil proqram vasitəsilə artıq yükləndiyini bildirir.
Avropa İttifaqına üzv olmayan digər dövlətlərin vətəndaşları isə yalnız Avropa Tibb Agentliyi tərəfindən tövsiyə olunan peyvəndin tam dozaları vurulduqdan sonra Avro məkanına daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)







