“Azərsun Holdinq”in xalis mənfəəti kəskin artıb
“Azərsun Holdinq” MMC 2020-ci ili 72 milyon 866 min manat xalis mənfəətlə başa vurub.
"Azərsun Holdinq" MMC və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 37,55% çoxdur. “Azərsun Holdinq” 2019-cu ili 52 milyon 972 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 957 milyon 7 min manat (əvvəlki ilə nisbətən 4,65% az), satışının maya dəyəri 664 milyon 872 min manat (12,8% az), satış və planlaşdırma xərcləri 64, milyon 35 min manat (37,2% çox), ümumi və inzibati xərcləri 137 milyon 983 min manat (10,9% çox), maliyyə xərcləri 10 milyon 771 min manat (10,75% çox), asılı müəssisələrə investisiyalardan gəlirləri 56 min manat (təxminən 4 dəfə çox), məzənnə fərqindən zərəri 1, milyon 514 min manat (əvvəlki il gəlir olub), digər gəlirləri 14 milyon 39 min manat (10,8% çox), dəyərsizləşmə zərəri 383 min manat (əvvəlki il olmayıb), törəmə müəssisələrin satın alınmasından gəlirləri 720 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 20 milyon 711 min manat (5,8% çox), təxirə salınmış vergi xərcləri isə 1 milyon 35 min manat (29,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 821 milyon 498 min manat olub ki, bu da illik müqayisədə 15,9% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 12,3% artaraq 384 milyon 452 min manata, balans kapitalı isə 19,3% artaraq 437 milyon 46 min manata çatıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























