Hər kəsin xoşuna gəlməyə çalışmayın!
Belə bir məsəl var: “Gözəl səsinizi ancaq hamamın divarları eşidəcəksə, nəyə lazımdır o gözəl səs?!”
Şəxsi brendin qurulması istiqamətində görməli olduğumuz əsas işlərdən biri də hədəf kütlələrinin dəqiq müəyyən edilməsidir. Hədəf kütləsi dedikdə, şəxsi reputasiyanın qurulması zamanı qısamüddətli və uzunmüddətli məqsədlərə çatmaq üçün rasional və emosianal dəyərlərin kommunikasiya edildiyi kütlələr nəzərdə tutulur.
Hər kəsin xoşuna gəlməyə çalışmayın!
Şəxsi brendinqin qurulması üçün mesajlarınızı hər kəsə göndərməyə çalışmayın. Auditoriyaya ümumi yanaşdıqda resurslarınızı boşa sərf etmiş olacaqsınız və nəticələr gecikdikcə özgüvəniniz artmaq əvəzinə azalacaq. Bu da sizi kontent yaratmaqdan, paylaşmaqdan usandıracaq. Səbirli olun və təsir etmək istədiyiniz hədəf kütlələrini dəqiq müəyyən edin. Necə?
Şəxsi reputasiyanızı, şəxsi brendizini qurmaq üçün dəyərlərinizi kommunikasiya edəcəyiniz əsas 3 hədəf kütləsi var:
Əsas hədəf kütləsi:
-Kimlərin diqqətini cəlb etmək istəyirsiniz?
-Paylaşmaq istədiyin rasional dəyərlər kimlər üçün maraqlı olacaq və ya bundan kimlər faydalanacaq?
-Paylaşmaq istədiyiniz emosional dəyərlər kimlərə təsir edəcək?
Məqsədlərinizlə bağlı qərar verən kütlə:
-Qısamüddətli məqsədlərinizlə bağlı qərar verənlər kimlərdir?
-Uzunmüddətli məqsədlərinizlə bağlı qərar verənlər kimlərdir?
Məqsədlərinizlə bağlı qərar verən kütləyə təsir edən kütlə:
-Qərar verənlərin yaxınları, dostları.
-Qərar verənlərin iş yoldaşları, partnyorları.
Hədəf kütlənin dəyişməsi aşağıdakı 3 halda baş verə bilər:
Məqsədlər dəyişə bilər: bu zaman hədəf auditoriya yenidən nəzərdən keçirilməlidir.
Hədəf kütləsinin xüsusiyyətləri, yanaşmaları dəyişir: Həmin yanaşmalar öyrənilməli, strategiya ona uyğunlaşdırılmalıdır.
Hədəf kütlədəki insanlar tamamilə başqa qrup insanlarla əvəz oluna bilər: Bu halda yeni qrup başdan analiz edilib, öyrənilməlidir.
Yerli yanaşma:
Bizdə insanlar əsasən məqsədləri ilə bağlı qərar verən hədəf kütlələri ilə vaxt itirmədən real həyatda əlaqəyə keçməyə çalışırlar. Özlərinin və ya yaxınlarının mesajlarını hansısa ənənəvi vasitələrlə ötürüb, sonra gözləyirlər. Bəzən əllərinə keçən kommunikasiya kanallarından birbaşa əsas hədəf kütlələrinə səslənirlər. Məqsədə nail olan kimi və ya konfort zonaya çatan anda isə kölgəyə keçirlər. Bəli, belə qısa yollarla bəlkə də məqsədə tez çatmaq olar, bəs sonra?…
Müəllif: Anar Əsgərov, PR ekspert, "INPRESS PR Solutions" şirkətinin yaradıcısı və Baş direktoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 d. əvvəl
- 12 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
Ən çox oxunanlar
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)













.jpg)






