“Pony Express” Azərbaycanda böyüyən bazarda pay sahibi olmaq istəyir - 3 milyon dollarlıq gözlənti
Bu gün Bakıda beynəlxalq logistika operatoru olan “Pony Express” şirkətlər qrupunun fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
Tədbirdə iştirak edən Holdinqin regional inkişaf üzrə direktoru Sergey Sequşov bildirib ki, “Pony Express” təkcə Rusiyada deyil, bütün MDB məkanında 25 ildir ki, ekspress və ekonom çatdırılma, yükdaşımalar, internet mağazalar üçün çatdırılma və anbar xidmətləri göstərir.
Onun sözlərinə görə, şirkətlər qrupu hər il təxminən 10 mln. göndəriş həyata keçirir:
“Bu işi görən heyət təxmnən 4 min nəfərdən ibarətdir. Fəaliyyətimiz 17 min yaşayış məntəqəsini əhatə edir. Biz həm ixrac, həm də idxal edilən mallar üçün çatdırılma, eləcə də gömrük rəsmiləşdirilməsi xidmətləri də göstəririk. Azərbaycan bazarından gözləntimiz isə ildə təxminən 3 mln. dollarlıq dövriyyədir".
“Pony Express”in Azərbaycan nümayəndəliyinin rəhbəri Şükufə Əbilova isə bildirib ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması ilə bağlı planlar Azərbaycanda logistikanın inkişafına geniş imkanlar açır və ölkənin daşımalar bazarını böyüdür. “Pony Express” də böyüyən bazarda pay sahibi olmaq istəyir:
“Təmsil etdiyim şirkət yüklərin nəzərəçarpcaq dərəcədə aşağı qiymətə (20-30% ucuz) çatdırılmasını təmin edir. Bu yüklər istənilən ölçüdə - qabaritdə ola bilər. Xüsusilə elektron ticarətlə bağl hədəflərimiz var. 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 2,4 dəfə artıb. Bu bazarın 10%-nə nəzarət etməyi planlaşdırırıq. Onu da qeyd edim ki, “Pony Express”də izləmə xidməti var. Bu da müştərilərə yükün təyinat məntəqəsinə çatana qədər izlənməsinə imkan yaradır”.
Onun sözlərinə görə, gömrük rəsmiləşdirilməsi üçün şirkətin öz brokeri var və bu sahədə heç bir problem olmayacaq: “Sadəcə hansısa malın idxalı və ixracı üçün dövlətin icazəsi olmalıdır. Şirkət lazımi sənədər əsasında gömrük işini də görür”.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















