Koronavirusun daha yoluxucu versiyası neftin ucuzlaşmasına səbəb olur
Neft qiymətləri koronavirusun Delata ştammının yaratdığı narahatlıqlar ilə əlaqədar olaraq düşüb.Neft qiymətləri, koronavirusun Delta variantına (ştammına) yoluxanların artmasının yaratdığı narahatlıq ilə əlaqədar olaraq düşüb. Marja xəbər verir ki, Brent nefti bazar ertəsi 2% ucuzlaşdıqdan sonra bu gün səhər daha 0,4% ucuzlaşaraq barreli 74,40 dollara geriləyib (saat 11:00-a olan məlumat).
Daha yoluxucu olan Delta ştammı İngiltərədə sürətlə yayılır. Ölkədə müəyyən bölgələrdə məhdudiyyətlərin yenidən tətbiqinə başlanıb.
Honq Konq, İspaniya və Portuqaliya da turistlər yeni məhdudiyyətlərin tətbiqinə başlayıb.
Neft təklifinin Avqust ayındakı həcmini müəyyən edəcək Cümə axşamı günkü yığıncağından əvvəl OPEC+ Texniki Komitəsi proqnozlarını ehtiva edən hesabat yayımlayıb. Hesabata görə, mövcud təklif səviyyəsinin davam etdirilməsi nəticəsində gündəlik istehsal, tələbi ödəməkdə qeyri-kafi qalacaq.
Hesabata görə, tələbin təklifi Avqust ayında gündəlik 1,7 milyon barrel, ilin ikinci yarısında isə 1,9 milyon barrel aşması gözlənilir.
OPEC+un cümə axşamı günü neft təklifinin (hasilatının) artırılması qərarı verəcəyi gözlənilsə də miqdar bilinmir. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu istehsalda gündəlik təxminən 550 min barrel artım qərarı olacağı istiqamətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















