Avro və funt sterlinq dəyər itirə bilər
Amerikanın əmək bazarına dair proqnozların yenidən yaxşılaşması dollar indeksinin yenidən yüksəlməsinə səbəb olub. Bu baxımından bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək işsizlik müavinətlərinə dair statistik göstəricilər önəmli rol oynayacaqdır. Burada müsbət tendensiya dollar indeksin də 92 punktu qırmasına səbəb ola bilər. Əks təqdirdə, dolların digər aparıcı valyutalara nisbətən orta qiymətində cari həftə ərzində müşahidə edilən 1%-lik korreksiya 0.5%-ə kimi dərinləşə bilər.
Avrozona və İngiltərənin sənaye sektorları ilə bağlı fundamental göstəricilərin yaxşı açıqlanmasına baxmayaraq, EUR/USD və GBP/USD məzənnələri dollarda tendensiya ilə əlaqədar təzyiq altında qalmaqdadırlar. Beləliklə, avro 1.20$-ın altında qaldqıca 1.18, funt sterlinq 1.40$-ın altında qaldıqca, 1.38$-a kimi dəyər itirə bilər.
Əlvan metallar bazarlarında qızıl da artan inflyasiya fonunda təzyiq altında qalmaqdadır. 1772$-ın qırılması, ucuzlaşmanın 1706$-a kimi davam etməsinə səbəb ola bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti Çində mayninqə məhdudiyyətlərin gücləndirilməsi xəbərlərindən sonra 28734$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Bahalaşma spekulyativ amillərlə əlaqələndirilir və BTCUSD məzənnəsi 37287$-a kimi yüksələ bilər. Lakin orta müddətli perspektivdə bazarın təzyiq altında qaldığı müşahidə edilir və cari bahalaşma da korrektiv qiymətləndirilməlidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























