Oyun həvəskarları Facebook-un reklam planlarını pozub
Virtual reallıq (VR) oyunlarında reklam cəhdi uğursuz alınıb...Facebook-un virtual reallıq (VR) tipli oyun eynəkləri vasitəsilə izləyicilərə reklam təqdim etmək planları ilk cəhddə uğursuzluğa düçar olub.
Marja xəbər verir ki, ilk olaraq reklamların Blaston döyüş oyununun içərisində yayımlanması planlaşdırılsa da, proqramçılar oyunsevərlərin kəskin etirazı qarşısında geri çəkilib. Şirkət Facebook-un reklamlarını öz oyununda göstərə bilməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Facebok ötən həftə hələ 2014-cü ildə 2 milyard dollara aldığı Oculus modelli virtual oyun eynəkləri biznesində reklamlara başlayacağını bəyan etmişdi. İlk belə sınaq kimi Blaston oyunu seçilsə də, oyun həvəskarları buna kəskin etiraz edərək, ödənişli oyunlarda reklamların yığışdırılmasını tələb edib və Blaston oyununu ən aşağı - 1 ulduzla qiymətləndiriblər. Nəticədə proqramçı Resolution Games şirkəti dünən yaydığı Tvitter açıqlamasında izləyicilərin tələbini qəbul etdiyini bildirib.
Ötən həftəki Vivatech konfrasında Facebook rəhbəri Mark Zuckerberg hazırda 10 min əməkdaşın virtual reallıq və genişləndirilmiş reallıq (augmented reality) sahsində çalışdığını və bu sektora milyardlarla dollar vəsait yatırdıqlarını açıqlamışdı.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















