1 nömrəli futbol yarışına yalnız peyvəndlənmiş azarkeşlər buraxılacaq - QƏRAR
Ev sahibi bunun üçün hətta 1 milyon doza vaksin ayırmağa hazırdır.2022-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatını yalnız koronavirusa qarşı tam peyvənd olunmuş azarkeşlər canlı izləyə biləcək.
Marja xəbər verir ki, bu barədə gələn ilin noyabrında baş tutacaq ən böyük futbol tədbirinin ev sahibi Qətər rəsmiləri bildirib.
Məsələni FİFA ilə ciddi müzakirə etdiklərini bildirən Qətərin baş naziri Şeyx Xalid bin Xəlifə əl Tani çempionatın başlanmasına qədər əksər ölkələrin tam peyvənd proqramını yekunlaşdıracağına ümid edir. Problem yarandığı təqdirdə, Qətər hökuməti ölkəyə gəlmək istəyən azarkeşlər üçün öncədən 1 milyon ədəd peyvənd ayırmağa da hazırdır.
Baş nazir həmçinin, oyunların keçiriləcəyi əksər stadionlarda, o cümlədən final oyununun məkanı Lusail stationunda işlərin 90%-nin tamamlandığını bildirib.
Xatırladaq ki, Qətər özü indiyə qədər əksəriyyəti Pfizer və Moderna istehsalı olan 2,8 milyon vaksin əldə edib ki, bu da ölkə əhalisinin yarısından çoxunu peyvəndləmək üçün kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















