Qlobal bazarlarda gözlər AMB və ABŞ-a çevrilib
Qlobal bazarlarda bütün iqqət və nəzərlər ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına və Avropa Mərkəzi Bankının faiz qərarına çevrilib.
Marja xəbər verir ki, ABŞ-da illik qiymət artımının 4,7% ilə 2008-ci ilin Avqust ayından bu yana görülən ən yüksək səviyyəni test edə biləcəyi proqnozlaşdırılır.
ABŞ-da açıqlanacaq kritik inflyasiya məlumatından əvvəl ABŞ və Asiya birjalarında vəziyyət çox pis deyil.
Məlumatdan əvvəlki son əməliyyat gününü ABŞ-da Wall Street indeksləri enişlə tamamlamışlar. Dow Jones 0,44%, S&P 500 0,18% geriləyib, Nasdaq 100 isə 0,03% yüksəlib.
İndekslər cüzi geriləsələr də rekorda yaxın səviyyələrdə əməliyyat olunmağa davam edirlər.
ABŞ-da May ayında istehlakçı qiymətləri indeksində illik 4,7%, aylıq 0,5% artım olacağı nəzərdə tutulur.
Mayda qida və enerji xaric istehlakçı qiymətləri indeksində (baza inflyasiya) illik 3,5% yartım olacağı gözlənilir.
Aprel ayında indeksdə illik 4,2%, aylıq 0,8% artım yaşanmışdı.
Günün bir başqa əhəmiyyətli ABŞ məlumatı həftəlik işsizlik müavinəti müraciətləri olacaq. Bu rəqəmin də 385 mindən 370 minə gerilədiyi nəzərdə tutulur.
Qlobal sərmayəçilər açıqlanacaq məlumatlarda, Fed-in istiqraz alışlarını azaltmağa başlamasına səbəbin və qalıcı bir inflyasiyanın olub olmadığının işarələrini axtaracaqlar.
Avropa Mərkəzi Bankının (AMB) ultra yumuşaq pul siyasətində bir dəyişikliyə gedəcəyi gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb




















