Energetika naziri Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpı qəbul edib.
Nazirliyin yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrasının gedişi müzakirə edilib, protokolda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi işlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.
Nazir iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini, mövcud əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Energetika Nazirliyi ilə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu, eyni zamanda BP şirkəti ilə iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri sahəsində imzalanmış Anlaşma Memorandumu və Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair imzalanmış İcra Müqaviləsinə müvafiq olaraq atılacaq növbəti addımlar qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















