Boeingdən Ağ Ev üçün 2 təyyarənin qiyməti - 3,9 milyard dollar!
İstehsalçı “superjet”ləri vaxtında təhvil verə bilmir...ABŞ-ın nəhəng təyyarə istehsalçısı, dünyada müdafiə sənayesi sifarişlərinin ikinci ən böyük icraçısı Boeing şirkəti Ağ Ev üçün sifariş edilmiş iki yeni təyyarənin təhvil verilməsi şərtlərini dəyişmək istəyir.
Marja xəbər verir ki, dəyəri 3,9 milyard dollar olan sifarişin şərtlərinə əsasən, Boeing iki ən müasir prezident təyyarəsini 2024-cü ilə qədər təhvil verməli idi. Lakin aviasiya nəhəngi təchizat problemlərinə görə təhvil prosesinin ən azı 1 il ləngiyəcəyini bildirir.
Xatırladaq ki, hələ 2018-ci ildə ilkin qiymət təklifi 5 milyard dollar təşkil edən sifariş sabiq prezident Donald Tramp onu “məntiqsiz” adlandırmasından və Tvitter hesabında ləğv olunma barədə sərəncam imzaladığını açıqlamasından sonra yekunda 3,9 milyard dollar həcmində razılaşdırılaraq, imzalanmışdı.
ABŞ Hərbi Hava Qüvvələri nazirinin prezidentlər üçün uçuş xidməti sayılan Air Force One üzrə təchizat müavini Darlen Kostello dünən Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələrə dair alt komitəsində Boeing-dən rəsmi müraciət aldıqlarını, şirkətin həm təchizat problemlərinə görə təyyarələri təhvil vermə müddətininm 1 il uzadılmasını, həm də “obyektiv səbəblərdən əsaslı qiymət artımı” xahiş etdiyini bildirib.
Boeing-in bu proqramla bağlı problemləri hələ təyyarələrin interyeri üzrə cavabdeh olan subpodratçı GDC Technics-in cari ilin aprel ayında müflis olması ilə başlayıb. Hazırda yeni təchizatçı axtaran Boeing daha öncə 2021-ci ilin birinci rübündə Air Force One proqramı üzrə 318 milyon dollarlıq iş gördüyünü bildirmişdi. Darlen Kostello parlament üzvlərinə yekun vəziyyətin və nə qədər qiymət artımı olacağının sentyabra qədər bilinəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















