"Azərbaycan banklarının idarəetməsində ciddi çatışmazlıqlar var"
"S&P Global Ratings" ("S&P") agentliyinin araşdırmasına görə, son 10 il ərzində MDB regionunun ölkələrinin (MDB) banklarının ümumi idarəetməsində ciddi və mütəmadi çatışmazlıqlar baş verib.
"S&P"nin verdiyi məlumata görə, ən əhəmiyyətli çatışmazlıqlar Rusiya, Qazaxıstan, Azərbaycan və Ukrayna banklarının korporativ və risklərin idarəetməsində baş verib ki, bu da öz növbəsində sözügedən ölkələrdəki bankların reytinqlərinə mənfi təsir edib.
Agentlik qeyd edir ki, idarəetmə bankların kredit reytinqlərinin dəyərləndirilməsində əsas amillərdən biridir. "S&P"yə görə, bankların artıq Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq mütəmadi maliyyə hesabatlarını dərc etdiklərinə baxmayaraq, aralıq dövrlər üçün vaxtında və tutarlı IFRS hesabatlarının alınması hələ də çətindir.
Bundan əlavə, agentliyin analitiklərinin fikrincə, regionda bağlanan və ya bağlanmağa yaxın olan bankların (Azərbaycanda 2020-ci ildə dörd bank bağlanıb – "Amrahbank", "NBC Bank", "AtaBank" və "AGBank" – red.) vəziyyəti bankların xarici auditinin keyfiyyəti və bu hesabatların etibarlılığı şübhə doğurub.
Analitiklər qeyd edir ki, yalnız Gürcüstanın bank sektoru regiondakı ölkələrdən seçilir. Bunun səbəbi kimi, Gürcüstan banklarının əksəriyyətinin və ölkənin ən böyük bankı sayılan "Bank of Georgia" və "TBC Bank"ın (hər iki bank London Fond Birjasının iştirakçısıdır) xarici investorlara məxsus olması və beləliklə, məlumatların açıqlanmasında və korporativ idarəetmədə daha yüksək standartların olması göstərilir.
Xatırladaq ki, "S&P" hazırda üç Azərbaycan bankının reytinqini qiymətləndirir.
Sözügedən banklara verilmiş əsas reytinq və proqnozları təqdim edirik.
"S&P Global Ratings" | |||
Emitentin defolt reytinqi | |||
Yerli valyuta | Xarici valyuta | ||
Uzunmüddətli | Qısamüddətli | Uzunmüddətli | Qısamüddətli |
BB- (stabil) | B | BB- (stabil) | B |
B+ (stabil) | B | B+ (stabil) | B |
CCC+ (stabil) | C | CCC+ (stabil) | C |
Qeyd: Mötərizədə reytinq üzrə proqnoz göstərilib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb

















.jpg)




