Neft qiymətləri azalan ehtiyatlar ilə 2018-dən bu yana ən yüksək səviyyədə
Qərbi Texas neftinin qiyməti, məlumatların anbarlarda neft ehtiyatların azaldığına işarə etməsilə 70 dollar doğru irəliləyir.Neft, özəl sektor məlumatlarının ABŞ-da anbarlarda xam neft ehtiyatlarında azalma olduğuna işarə etməsilə 2018-ci ildən bu yana ən yüksək səviyyədə günü bağlayıb.
Qərbi Texas nefti son iki seansda az qala 4% bahalaşaraq bareli 69 dolları keçib.
Marja xəbər verir ki, özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, keçən həftə ehtiyatlar 5,36 milyon barel azalıb. Əgər cümə axşamı günü açıqlanacaq rəsmi məlumat bu məlumatı təsdiq etsə neft ehtiyatlarında son bir ayda yaşanan ən böyük azalma baş vermiş olacaq.
"IHS Markit"in sədr müavini Daniel Yergin, iqtisadiyyatların açılmasıyla birlikdə neftə olan tələbin gücləndiyini qeyd edərək qiymətlərin 80 dollara qədər yüksələ biləcəyini söyləyib.
ABŞ, Avropa və Çindəki iqtisadi inkişafın gedərək güclənməsiylə yanacaq tələbinin artacağına dair nikbin proqnozlar, OPEC+dan müsbət açıqlamalar və Beynəlxalq Enerji Agentliyinin müsbət şərhləri bazarları dəstəkləyir.
Bakı vaxtı ilə saat 10:00-da Brent nefti əlavə 0,7% artımla 71,87 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























