Azərbaycandan Misirə turlar yenidən təşkil olunacaq
Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıbAzərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, "Türk hava Yolları" və "Piramida Travel" şirkətlərinin təşkilati dəstəyi ilə Misir Ərəb Respublikasına infotur təşkil olunmuşdur.
Azərbaycan Turizm Assosiasiyasının yaydığı məlumata görə, infotur Qahirə və Şarm Əl Şeyx şəhərlərində baş tutmuşdur. Azərbaycanın 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək idi. Eyni zamanda, məhşur səyyah və blogger, o cümlədən, Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının sədri Azər Qərib də AZTA-nın dəvəti ilə səfərdə iştirak etmişdir.
Tur zamanı Qahirə və Şarm Əl Şeyxin ən qabaqcıl otelləri ziyarət edilmiş və otellərin bütün imkanları iştirakçılara əyanı şəkildə göstərilmişdir. Bundan başqa adı çəkilən şəhərlərdə olan turizm məkanlarına turlar təşkil edilmiş və Misirin turizm potensialı turizmçilərə təqdim olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaqdır. Tərəflər arasında gələcəkdə həm Azərbaycana həm də Misirin digər şəhərlərinə turların yenidən təşkil olunması haqqında razılıq əldə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
32 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
53 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib





.jpg)
.jpg)







.jpg)








