"Nağdlaşdırmaya məhdudiyyətlər biznesi çəkindirəcək"
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.
Banklar bu addımı Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atıb.
Palata banklara zəng edərək biznes kartlarından nağdlaşdırmanın dayandırılmasını tövsiyyə edib.
Xatırladaq ki, bu, "Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə bağlıdır.
Məsələ ilə bağlı iqtisadçı Samir Əliyev bildirib ki, belə bir addımım atılması düzgün deyil: "Ümumiyyətlə, nağdsız hesablaşmaların inkişaf etdirilməsi vacibdir. Burada mexanizmlərdən biri də nağd əməliyyatların məhdudlaşdırılmasıdır. Amma Azərbaycanda bunu çox sərt addım kimi qiymətləndirmək olar. Çünki ilk növbədə müəyyən infrastruktur, mexanizmlər yaradılmalı idi. Ondan sonra sərtləşmə addımı atılmalı idi. Amma bizdə mexanizmlər olmadan bu edildi. Məsələn, POS terminalların sayı məhduddur. Bankomatlarda da oxşar vəziyyətdir. Onlar əsasən paytaxtda cəmləşiblər, regionlarda insanların onlara əli çatmır. Ümumən götürdükdə şirkətlərdə nağdsız ödənişlər səviyyəsi çox aşağıdır. Yəni əsas ödənişlər bu gün nağd aparılır. Ona görə belə vəziyyətdə bu addımın atılması çox sərtdir. Nağdsız əməliyyatlar çoxdan inkişaf etdirilməli idi, xeyli gecikmişik bu sahədə. Amma imkanları qiymətləndirmədən birdən-birə qabağa tullanmaq da olmaz. İndiki vəziyyətdə bu tip addımlar problemlər yarada bilər və yaradır da.
İndi verilən məlumata görə, kartlar vasitəsilə nağdlaşma əməliyyatı edilməsi qadağan edilir. Bu çox yersiz addımdır. Belə addımlar biznesin bank əməliyyatlarından çəkinməsinə gətirib çıxaracaq. Hökumət biznesi nağdsız ödənişlərə stimullaşdırmaq əvəzinə, onları məcbur edir. Amma belə məhdudiyyətlər istər biznesi, istərsə də, qeyri biznes əhalini bank xidmətlərindən istifadəyə çəkindirəcək. Sonda iqtisadiyyat itirəcək. Ona görə də belə məhdudiyyətlərin tətbiq edilməsi düzgün deyil”.
Samir Əliyev hesab edir ki, məhdudiyyətlər sırf ödənişlərə münasibətdə olmalıdır: "Pulun nağdlaşdırılması ilə bağlı heç bir qadağa olmamalıdır. Bu addımın mənfi təsiri olacaq. Belə ki, sahibkarların biznes əməliyyatlarını bank sektorundan kənar aparmasına gətirib çıxaracaq. Bu da qeyri-rəsmi dövriyyəni yenidən canlandıracaq. Onsuz da hazırda biznesin çətin dövrüdür. Biznesə nəfəs vermək lazımdır. Həm pul, həm də sərbəst əməliyyat aparmağa imkan vermək lazımdır. Amma bu addım onların əməliyyatlarını məhdudlaşdırır. Xüsusən də dövlət sifarişi ilə işləyən şirkətlər işində çətinlik yaradır. Düzdür burada sui-istifadə halları var. Dövlət qurumaları ilə işləyən şirkətlərdə tenderlər şəffaf keçirilmir. Amma problem belə həll olunmur. Qadağa sistemi tətbiq edilməkdənsə, .əffaflıq və hesabatlılıq mexanizmləri təkmilləşdirilməlidir”.
© Bakipost
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 6 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
11 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
12 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















