Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze peyvənd olunduqdan sonra koronavirusa yoluxub.
Tikaradze 23 mart tarixində İngiltərə-İsveç preparatı “AstraZeneca” peyvəndinin ilk dozasını Saçxere tibb mərkəzində vurdurub. İkinci dozanın isə iyun ayında tətbiq edilməsi planlaşdırılırdı.
Koronavirus test nəticəsi müsbət çıxan nazir və onunla təmasda olan bir neçə məmur özünü təcrid edib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamkrelidze ölkədə həm ilkin doza almış şəxslər, həm də tam vaksinasiyadan keçmiş şəxslər arasında yoluxma hallarının aşkarlandığını açıqlamışdı.
Qamkrelidze peyvənddən sonra koronavirusa yoluxmanın normal olduğunu düşünür, çünki vaksin ilk növbədə xəstəliyin ağırlaşmasından və ölümdən qoruyur.
Son statistikaya görə, pandemiyanın başlanğıcından etibarən Gürcüstanda 344 mindən çox insan koronavirusa yoluxub.
©️ Qafqazinfo / Novosti Qruziya
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






