Azərbaycanda daha bir müəssisə yerli uşaq bezi istehsal edəcək
“Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsində uşaq bezi istehsalına başlanılacaq".
Bu barədə şirkətin rəhbəri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, müəssisədə istehsal davam edir: “Lakin biz maska istehsalı ilə yanaşı digər istehsal sahəsinə keçmək istəyirik. Müəssisədə olan 4 istehsal xəttindən iki xətt uşaq bezi üzrə istehsal sahəsinə keçiriləcək”.
S.Babayeva qeyd edib ki, son bir ayda müəssisədə 3 milyon 200 min maska istehsal edilib: “Hazırda ehtiyatda 5 milyon ədəd tibbi maskamız var. Həmçinin, 10 milyon ədəd tibbi maska üçün xammalımız var. Satışımız kəskin azalıb. Ümid edirik ki, metronun açılması ilə müəyyən qədər satışlarımız artar. Lakin tibbi maska strateji məhsul olduğuna görə biz burda mənfəəti düşünmürük. Əsas hədəfimiz təlabatı ödəməkdir”.
O əlavə edib ki, müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 8- 12 qəpik arasıdır.
Xatırladaq ki, müəssisə 2020-ci ilin aprelin 6-da açılıb. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Pandemiya başlanandan bu ilin aprelinə qədər 38,6 milyondan çox tibbi maska istehsal olunub.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























