Çin Gürcüstanda 1 milyard dollar kapitallı bank açır
Pekində Gürcüstanın inkişafı üçün bankın yaradılmasını nəzərdə tutan bəyannamənin rəsmi imzalanma mərasimi keçirilib. "Apsny.ge" saytı xəbər verir ki, sənədin imzalanması dünən başlayan "Bir kəmər - bir yol" forumu çərçivəsində baş tutub.
Bankın əsas sərmayəsi 1 mlrd. ABŞ dolları, yığım kapitalı isə 300 mln. dollar təşkil edəcək. Bankın səhmdarları Çinin ən böyük şirkəti "China Energy Company Ltd." (CEFC) və "Eurasian Invest LLC." olacaq.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Gürcüstan tərəfindən sənədi baş nazirin müavini, maliyyə naziri Dimitri Kumsişvili imzalayıb. Nazirin sözlərinə görə, Çin şirkətləri artıq Gürcüstan Mərkəzi Bankına müraciət edib: "Bizim bank sistemi və iqtisadiyyatımız üçün bank sektorunda rəqabətin yaranmasına ehtiyac var. Yeni bankın yaranması özəl sektora dəstək verəcək".
Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin tərəfindən 2013-cü ildə irəli sürülən "Bir kəmər - bir yol" layihəsinə artıq 50 mlrd. dollar vəsait yatırılıb. Bu layihə "İpək yolu iqtisadi kəməri" və "Dəniz İpək yolu" istiqamətində təşəbbüslərin inkişafını nəzərdə tutur. Çinin yaxın illərdə bu layihəyə daha 124 mlrd. dollar yatıracağı bildirilir.
Qeyd edək ki, 2 günlük forumda 29 ölkənin prezident və baş nazirləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, BMT, IMF, Dünya Bankı və ÜTT rəsmiləri iştirak edirlər.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)







