Azərbaycana gələn əcnəbilərin sayı 3,3 dəfə azlalıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
Ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 faiz olmaqla Türkmənistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalmışdır.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 42,4 faizi Türkiyəyə, 22,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalmışdır.
2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
5 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 27 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















