Azərbaycan Beynəlxalq Bankından 35 ali məktəbə hədiyyə
(®️) Azərbaycan Beynəlxalq Bankının korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr etdirdiyi “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyi cəmiyyətdə böyük maraqla qarşılanıb. Bank Massaçusets Texnologiyalar İnstitutunun professoru Conatan Qruberin müəllifi olduğu və hazırda dünyanın aparıcı universitetlərində istifadə edilən kitabın nüsxələrini ölkəmizdəki ali məktəblərə və aparıcı kitabxanalara hədiyyə edib.
Kitabın müvafiq sayda nüsxələri artıq 35 ali məktəbə, 2 kitabxanaya, 1 təlim mərkəzinə hədiyyə edilib. Yaxın günlərdə kitabdan başqa təhsil müəssisələrinə və kitabxanalara da bağışlanacaq. Belə bir məşhur dərsliyin ana dilimizdə nəşri Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.
Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Dövlət dilimizdə bu cür bilik resurslarının formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








