İranda koronavirusun daha 2 növü aşkar edilib
İranın Hörmüzgan vilayətində 30 nəfərdə koronavirusun mutasiya olunan SARS-CoV-2 ştamı aşkar edilib.
Bu barədə məlumatı İranın səhiyyə naziri Səid Nəmaji jurnalistlərə verib. O bildirib ki, ilk dəfə Cənubi Afrikada aşkar edilən koronavirusun bu növü müalicəyə tabe olmur. Onun sözlərinə görə koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə edilən dərmanlar SARS-CoV-2 ştamına yoluxanlara təsir göstərmir.
Nazir qeyd edib ki, Qum şəhərində 3 nəfərdə virusun Hindistan ştamı aşkar edilib. Virusun bu növünə Yəzd şəhərindəki zavodların birinin fəhlələri yoluxub və onların vəziyyəti ağırdır.
Nazir bildirib ki, virusun bu iki növü İranda geniş yayılsa onda ölkənin səhiyyə sistemi çökəcək. Xəstələrə yetişmək üçün təcili yardım maşını və xəstəxanalarda çarpayı çatışmayacaq. Eyni zamanda bu qədər xəstəyə dava dərman da tapmaq çətin olacaq. Lakin bütün çətinliklərə baxmayaraq İran səhiyyəsi virusa qarşı mübarizəni davam etdirir.
Səhiyyə Nazirliyinin açıqlamasına görə bu gün (7 may) İranda 17 min 76 nəfər virusa yoluxub, 335 nəfər isə vəfat edib. Bununla virusa yoluxanların ümumi sayı 2 milyon 627 min 94 nəfər, ölənlərin ümumi sayı 74 min 241-ə çatıb. Eyni zamanda xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 74 min 89 nəfər sağalaraq evə buraxılıb. Hazırda müxtəlif xəstəxanalarda müalicəsini davam etdirənlərdən 5 min 534 nəfərin vəziyyəti ağır olaraq qalır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)






