Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bugün keçirdiyi iclasında faiz dərəcəsini 19% səviyyəsində dəyişməz saxlayıb.
Marja xəbər verir ki, proqnozlar da faizin sabit saxlanacağı istiqamətində idi.
Qərardan sonra Dollar/TL məzənnəsi düşüb (Lirə güclənib). Məzənnə 8.28 səviyyələrinədək geriləyib.
TCMB, Mart ayında faizin 1 bənd artırılacağı gözlənilməsinə qarşı 2 bənd artım qərarı ilə faizi bugünkü səviyyə olan 19%-ə yüksəltmiş, Aprel ayında isə proqnozlara paralel olaraq sabit saxlamışdı.
Mərkəzi Banka görə, tələb və xərc ünsürləri, bəzi sektorlardakı təklif məhdudiyyətləri və inflyasiya gözləntilərindəki yüksək səviyyələr risk yaratmağa davam etməkdədir.
TCMB bildirib ki, inflyasiyada davamlı azalma görülənə qədər sərt pul siyasəti davam edəcəkdir.
"TCMB, qiymət sabitliyi üçün əlindəki bütün vasitələri istifadə etməyə davam edəcək. İnflyasiyada qalıcı enişə işarə edən güclü göstəricilər yaranana və ortamüddətli 5% hədəfinə çatana qədər faiz dərəcəsi, güclü dezinflyasiyanı mühafizə edəcək şəkildə qalacaqdır",- Bankın açıqlamasında bildirilir.
Bazarlar Türkiyə Mərkəzi Bankının 2021-ci ilin 2-ci yarısından faz azaldacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





