Beynəlxalq Bank Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başlayıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Xidmətin yaydığı məlumata görə, Memorandumu Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli imzalayıb.
Memorandumun əsas məqsədi Bankın sahibkar müştərilərinin iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsidir. Müxtəlif aktual mövzular üzrə birgə elmi tədqiqatların, məlumat mübadiləsinin aparılması, tədbirlərin, innovativ layihələrin həyata keçirilməsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü mövcud imkanlardan birgə istifadə də sənədin məqsədlərinə daxildir.
Birgə əməkdaşlıq çərçivəsində tədris, təlim materiallarının qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Əməkdaşların fəaliyyət istiqamətləri üzrə zəruri peşə və ixtisaslar üzrə nəzəri bilik və praktiki bacarıqlarının inkişafı üçün əhəmiyyət kəsb edən sahələr üzrə təlimlər təşkil olunacaq. Bankın yaratdığı və iş adamlarının işgüzar əməkdaşlıq platforması olan Sahibkarlar Klubunun üzvləri üçün vergi sahəsində müxtəlif təlimlər elmi-praktik konfranslar, seminar, dəyirmi masa və digər tədbirlər keçiriləcək, tədris-metodiki vəsaitlər hazırlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















