Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti göstəricilərini açıqladı - QAZANCI KƏSKİN ARTIB
Ötən il Hesab.az-ın qeydiyyatlı istifadəçi sayı 117 min artıb.Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti, Hesab.az portalının sahibi “QoldenPey” ASC 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, Hesab.az-ın 2019-cu ildə qeydiyyatlı 497 mindən çox olmuş istifadəçi sayı, 2020-ci ildə 614 minə kimi yüksəlmişdir. 2019-cu il ilə müqayisədə 2020-ci ildə qeydiyyatlı istifadəçi sayı 117 min və ya 23% artıb.
Hazırda isə (Aprel ayına olan məlumat) qeydiyyatlı 650 mindən çox yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilib.
“Rəqəmlərdən də göründüyü kimi say etibariylə ciddi artım nəzərə çarpır. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur”,- məlumatda deyilir.
“QoldenPey” ASC-nin 2020-ci il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınıb. Belə ki, 2020-ci ilin ümumi dövriyyəsi 348 milyon 410 min 896 manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur (2019: 26 milyon 703 min 260 manat). 2020-ci ildə “QoldenPey” ASC-nin gəlirləri 5 milyon 310 min 165 manat olub, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32% çoxdur (2019: 4 milyon 32 min 834 manat). 2020-ci ilin xalis mənfəəti 715 min 73 manat təşkil edib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 121% artımdır (2019: 323 min 447 manat).
2020-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 3 milyon 19 min 964 manat təşkil edib. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur (2019: 2 milyon 310 min 611 manat) və 2020-ci il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 1 milyon 56 min 749 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 209% artmışdır (2019: 341 min 676 manat)
“2019-cu ilin nəticələrində əks olunan marketinq və məhsulların inkişafı üçün sərf edilən maliyyə vəsaitlərinin Hesab.az-ın 2020-ci il maliyyə nəticələrinin daha da artmasında və istifadəçi saylarındakı böyük artımda özünü ciddi şəkildə biruzə verdi. Şirkətin ümumi fəaliyyət strategiyası və mövcud bazarda lider olmağa doğru irəliləməsi üçün hazırlanan inkişaf planı hər ilki maliyyə nəticələrində düzgün planlama olduğunu bir daha sübut etmiş olur”,- şirkətin məlumatında deyilir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “QoldenPey” ASC 2007-ci ilin iyul ayında yaradılıb. Texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra Şirkət 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında “QoldenPey” ASC Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
36 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
47 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub






















