Şəmkirin sabiq icra başçısı məhkəməyə gətirilib - YENİLƏNİB
Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
XXX
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.
Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
Qeyd edək ki, icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
- 8 d. əvvəl
- 18 d. əvvəl
-
25 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 34 d. əvvəl
- 40 d. əvvəl
-
57 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək



















