Pambıqçı fermerlər üçün “Toxum dövlətdən, gübrə şirkətdən” kampaniyasına start verildi
(®️) Ərazisi 5 hektara qədər olan pambıqçı fermerlər hər 1 hektar pambıq əkini üçün gubre.az-dan dövlət subsidiyası hesabına aldıqları 1 kisə pambıq toxumuna 1 kisə azot gübrəsi hədiyyə alacaqlar. Kampaniyanın başlıca məqsədi kiçik pambıqçı fermerlərin sahələrində məhsuldarlığın artırılmasıdır.
Kənd təsərrüfatı sektorunun bütün sahələrində olduğu kimi, pambıqçılıqda da fermerlərimizə göstərilən dövlət dəstəyi artmaqda davam edir və bu dəstəyin hesabına pambıq sahələrinin məhsuldarlığı ildən-ilə artır.
Dövlətin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi yeni subsidiya mexanizmlərinin uğurlu icrası nəticəsində kənd təssərrüfatı istehsal vasitələrinin bazarı liberallaşıb və yüksək məhsuldarlıqlı yeni toxum növləri fermerlərimizə daha da əl çatan olub.
Ölkəmizdə kənd təsərrüfatı istehsal vasitələrinin əsas təchizatçılarından biri kimi Aqrar İnnovasiya və Təchizat Şirkəti olaraq, biz də dövlətimizin pambıqçılığa olan həssas yanaşmasına öz töhfəmizi vermək üçün fermerlərimizə hərtərəfli dəstək olmağa çalışırıq.
Respublikamızın bir çox bölgəsində sınaq əkinləri həyata keçirilən Türkiyənin “May Toxum” şirkətinin istehsalı olan pambıq toxumları fermerlərimizi sevindirən nəticələr verib. Digər rəqibləri ilə müqayisədə daha bol və keyfiyyətli pambıq verən “May” toxumlarının ölkəmizin iqlim şəraitində uğurla sınaqdan çıxması pambıqçılıqla məşğul olan təsərrüfatçılarımızda bu toxuma marağı artırıb.
“May” pambıq toxumundan əldə edilən yüksək nəticələr Aqrar İnnovasiya və Təchizat Şirkəti olaraq bizə stimul verdi ki, bu sortun daha təkmilləşdirilmiş variantlarını da ölkəmizə idxal edək və pambıqçılarımızın istifadəsinə verək.
Beləliklə, bu ildən etibarən ilk dəfə olaraq, Türkiyənin “May Toxum” şirkətinin daha yüksək məhsuldarlıq vəd edən və xəstəliklərə davamlı “May-455” sortlu pambıq toxumlarını fermerlərimizə təqdim edirik.
“May-455” pambıq toxumları ortalama 50-60 sentner məhsul verir. Bu göstəriciyə görə “May-455” ən qabaqcıl nəticələrdən birinə sahibdir. “May-455” ən yaxın rəqibindən daha tez yetişdiyi üçün 1 dəfə az suvarma edilir. Bu da ölkəmizin su ehtiyatlarının qorunmasına xüsusi töhfə vermiş olacaq. Sortun yarpaq sayı digər sortlarla müqayisədə daha az olduğu üçün pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilir. Sort az tüklü olduğu üçün məhsul daha təmiz yığılır, bu isə daha yüksək lif keyfiyyəti deməkdir.

Fermerlərimiz “May-455” pambıq toxumlarını respublikanın bütün bölgələrində gubre.az satış nöqtələrindən 100% dövlət subsidiyası hesabına əldə edə bilərlər. Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satış şəbəkəsidir.
Aqrar İnnovasiya və Təchizat Şirkətinin mütəxəssisləri pambıqçılıqla məşğul olan fermerlərimizin maariflənməsi və bitkiyə düzgün aqrotexniki qulluq edərək, bol məhsul əldə edə bilmələri üçün “Pambıqçılıq üzrə kompleks əkin proqramı” adlı xüsusi kitabça da hazırlayıb. Pambıq becərilməsi prosesinin bütün mərhələlərini əhatə edən kitabçada fermerlərimizə qaranlıq qalan bütün məqamlar ən müasir qaydalar əsas götürülməklə işıqlandırılıb.

Pambıqçılıq sahəsində öndə gedən ölkələrin təcrübələri əsasında hazırlanmış “Pambıqçılıq üzrə kompleks əkin proqramı” kitabçasında fermerlərimiz sahələrindən yüksək keyfiyyətli məhsul götürmək üçün lazım olan hər bir addım barədə detallı məlumatlandırılıb, hər bir addımın elmi izahı verilib, pambıqçılıq sahəsində istifadə edilməli olan ən müasir aqrotexnoloji və aqrokimyəvi vasitələr tövsiyə edilib.
Artıq ölkəmizin bir çox regionunda pambıqçılıqla məşğul olan və olmaq istəyən fermerlərimizə paylanılan bu kitabça təsərrüfatçılarımızın da təqdirini görüb. Kitabçada qeyd olunan bir çox vacib məsləhət bu il pambıqçılarımızın sahələrindən çox yüksək nəticələr əldə etməsinə şərait yaradacaq.
Kitabçanın PDF variantını yüklə
Ətraflı məlumat üçün bizə zəng edin: 828
Whatsapp nömrə: +994508282828
www.gubre.az
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
10 d. əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 38 d. əvvəl
-
42 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 45 d. əvvəl
-
45 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 53 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
1 saat əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq



















