Mobil oyun şirkətindən ilin ən yaxşı debütlərindən biri - 29 milyard dollar
AppLovin birinci cəhddə 2 milyard dollara yaxın vəsait cəlb edib.ABŞ-ın uğurlu texnoloji startaplarından biri, ötən ili 1,5 milyard dollar satışla başa vuran mobil oyun proqramçısı AppLovin bugün Nasdaq birjasında çıxdığı ilk IPO-da investorlardan 1,8 milyard dollar cəlb edə bilib.
Marja Financial Times-a istinadla xəbər verir ki, “Matchington Mansion” və “Wordscapes” kimi məşhur oyunların sahibi bununla da bazar kapitallaşmasını 28,6 milyard dollara çatdıraraq, 2021-ci ilin ən uğurlu texnoloji birja debütlərindən birini edib.
Morgan Stanley, JPMorgan, KKR, Bank of America və CitiGroup-un əsas anderrayterlər qismində çıxış etdiyi sövdələşmədə AppLovin 22,5 milyon A sinifli səhmi 80 dollardan təklif edib. Şirkətin ən böyük səhmdarı olan KKR (Kohlberg Kravis Roberts) investisiya qrupu isə 2,5 milyon səhm satışa çıxarıb. KKR bu satışdan sonra da 67 faiz payla əsas söz haqqını saxlayacaq.
2012-ci ildə Adam Foroughi, Con Kristinak və Endryu Karam tərəfindən qurulan AppLovin hazırda 200-dən çox mobil oyunun proqramçısıdır və ötən il video-oyunlar veb səhifəsi Pocket Games tərəfindən 50 ən yaxşı mobil oyun proqramçısı siyahısında Lego, Miniclip, Gameloft, Sony, EA Games, Nintendo kimi bazar oyunçularını qabaqlayaraq, 20-ci yerə layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















