Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” sahibkarlığa dəstək layihəsi ictimaiyyətə təqdim edilib.
“from Start to Smart” - gənclər və qadınlar arasında sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərinin innovativ həllini prioritet götürən Sahibkarlığa Dəstək Proqramıdır.
Gənclər və qadınlar arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda mövcud olan su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin məqsədlərini təşkil edir.
Onlayn formatda baş tutan layihənin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, “New World” Proqramının meneceri və ABŞ Ticarət Palatasının ətraf mühit və davamlılıq üzrə vitseprezidenti Chuk Chavitovitz, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Vüqar İskəndərov, Naqif Həmzəyev və Şahin Seyidzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova çıxış ediblər.
200-ə yaxın gəncin iştirakı ilə baş tutan tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının meneceri Talifa İsgəndərli Proqramın fəaliyyəti, layihənin istiqamətləri, hədəfləri və görüləcək işlər barədə təqdimat edib. Tədbir açılış nitqi və layihənin təqdimatının ardınca rəsmi qonaqlara söz verilərək davam edib.
Çıxış edən rəsmilər layihənin mövcud su problemlərinə öz töhfəsini verəcəyinə və cəmiyyətimiz üçün müsbət nəticələri olacağına, gənclər və qadınlar arasında sahibkarlığın təşviq edilməsinə təkan verəcəyinə inandıqlarını qeyd ediblər.
Həmçinin layihənin həyata keçirilməsində “Youth Inc.” heyətinə uğurlar arzu ediblər. 9 aylıq müddəti əhatə edən layihə 4 mərhələdən – İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final mərhələlərindən ibarətdir. Həmçinin, layihə ölkəmizin müxtəlif iqtisadi regionlarını əhatə edəcək. İlkin mərhələ gənclərin və qadınların sahibkarlıq barədə məlumatlılığının artırılmasına həsr ediləcək.
Növbəti mərhələdə bir həftəlik virtual “Boot Camp” çərçivəsində sessiyalar keçiriləcək, həmçinin mentor dəstəyi təmin ediləcək. İntensiv pre-inkubasiya mərhələsini tamamlayan gənclər inkubasiya mərhələsində prototipin yaradılmasında iştirak edəcəklər.
Sonuncu mərhələ olan Final mərhələsində isə məzun olan komandalar ilə təqdimat və natiqlik bacarıqları inkşaf etdiriləcək və sonda investisiya əldə etmək üçün münsinfər heyəti qarşısına çıxacaqlar.
Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2011-ci ildən bu günədək 46 biznes layihənin dəstəkçisi olmaqla yanaşı, 31 biznes layihənin fəaliyyətə başlanmasına, 200-dən çox iş yerinin yaranmasına və 18.000- dən çox gəncin əhatə edilməsinə nail olmuşdur. Növbəti addımlar və layihənin mərhələləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial media kanallarını izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
6 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















