Pandemiya dövründə Hyatt-ın prioritetləri
Hyatt Regency mehmanxanasında Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılıb(®️) Dünyada, o cümlədən Azərbaycanda pandemiyanın turizm və qonaqpərvərlik sənayesinə mənfi təsir edərək, istirahət və işgüzar səyahətlərin ümumi həcmini tənəzzülünə uğratmasına baxmayaraq, Hyatt Regency mehmanxanası fəaliyyətini bu qeyri-adi dövrdə fasiləsiz olaraq davam etdirir.
Yaranan yeni reallıqlar hər zaman prioritet hesab edilən sağlamlıq, sanitariya və gigiyena standartlarının daha da təkminləşdirilməsinə böyük təkan verdi. Hyatt mehmanxanasının rəhbərliyi Azərbaycan Respublikasının müvafiq qurumlarını, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyini pandemiyanın yayılması ilə mübarizədə tam dəstəkləyir və daim qonaqpərvərlik müəssisəsi olaraq, müvafiq qayda və prosedurlarını yeni vəziyyətə uyğunlaşdırır.
Bu prosedurlara mehmanxanaya daxil olan qonaqların və işçilərin hərarətinin yoxlanılması, otaqların, iaşə obyektlərinin və digər ictimai və işçilər üçün nəzərdə tutulan məkanların mütəmadi dezinfeksiyası, sosial məsafənin saxlanılması, əməkdaşların maska, əlcək və digər zəruri avadanlıqla təhciz edilməsi daxildir.
Şirkətin “Qlobal Qayğı və Təmizlik” öhdəliyində öz əksini tapmış, gigyena, təmizlik və təhlükəsizlik protokolları, Hyatt Regency Baku daxil olmaqla, bütün ölkələrdə Hyatt mehmanxanaları ciddi şəkildə tətbiq olunur.
Bu öhdəlik çərçivəsində mehmanxanada Gigiyena və Sağlamlıq Təhlükəsizliyi Meneceri vəzifəsi yaradılmışdır. Qeyd olunan menecer təmizlik və gigiyena protokollarına nəzarət edərək və əməkdaşlara bu sahədə təlimlər keçir, qonaqlarımızın və həmkarlarımızın sağlamlığını və təhlükəsizliyini təmin olunmasına nəzarət edir.
Əməkdaşları maarifləndirmək və onlara bu mürəkkəb zamanda qayğı göstərmək də şirkətin prioritetlərindən biridir. Bu yolda mühüm addımlar atılaraq, mehmanxana rəhbərliyi tərəfindən əməkdaşlar arasında, onların qaydalarla nə dərəcədə tanış olduqlarını, əlavə dəstəyə ehtiyacını və ümumi əhval-ruhiyyəsini öyrənmək məqsədi ilə gündəlik sorğu keçirilir.
Hyatt Regency fəaliyyətində Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan “SAHMAN” proqramı çərçivəsində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını tam təmin edir.
Həmçinin, mehmanxana ISSA Worldwide -ın bölməsi olan Qlobal Biorisk Məsləhət Şurasından GBAC STAR ™ akkreditasiyasını da əldə etmişdir. GBAC STAR otellərin ən sərt təmizlik, dezinfeksiya və infeksion xəstəliklərin qarşısının alınması protokollarını tətbiq etməsini təmin edir.
Hyatt Regency, rəhbərlik və işçilər adından, başda səhiyyə işçiləri olmaqla, bütün yerli qurumların pandemiya ilə mübarizə və risklərin azaldılması üçün atdığı addımları dəstəkləyir və onlara təşəkkür edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
2 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
3 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Yardım yoldadır”
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu





















