Çinin texnoloji nəhəngi növbəti həftə 3,1 milyard dollar cəlb etməyi hədəfləyir
Baidu şirkəti 23 martda Honkonq birjasında başlayacaq listinqdə 95 milyon səhmi satışa çıxarır.Çinin internetlə əlaqəli xidmətlər və süni intellektə əsaslanan məhsullar təmin edən texnologiya şirkəti Baidu A sinifli səhmlərindən 95 milyon ədədini satışa çıxaracağını elan edib.
Marja xəbər verir ki, Baidu bir səhmin qiymətini ilkin olaraq 252 Honkonq dolları (32,45 dollar) olaraq müəyyənləşdirib. Nəticədə şirkət ümumilikdə 3,1 milyard dollar vəsait əldə etməyi planlaşdırır.
2000-ci ildə Robin Li və Erik Xu tərəfindən Çinin Haidian əyalətində yaradılan Baidu hazırda dünyanın ikinci ən böyük internet axtarış sisteminə malikdir. Şirkət Çinin onlayn axtarış sistemləri bazarının 76%-ni öz əlində saxlayır. 2007-ci ildə Baidu NASDAQ-100 qlobal indeksinə düşən ilk Çin şirkəti olmuşdur. 2018-ci ildə şirkətin bazar kapitallaşması 99 milyard dollar təşkil edirdi. Şirkətin 46 minə yaxın əməkdaşı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























