Azərbaycan bazarına yeni diş məcunu daxil olur - TƏQDİMATI OLACAQ, RÖYA OXUYACAQ
Azərbaycan bazarına yeni diş məcunu daxil olur. Oral-B Professional Diş Əti və Diş Minası Pro-Bərpa məhsulu artıq ölkəmizdə satışdadır.
Bu barədə Marja-ya Procter & Gamble şirkətindən bildirilib.
Qeyd edilib ki. Oral-B diş məcunu 2 həftə ərzində diş əti problemlərini aradan qaldırmağa və diş minasını bərpa etməyə kömək edir*:
“Bir çox diş məcunu ağız boşluğu sağlamlığının sadəcə bir yönünə təsir edir, məsələn: diş əti sağlamlığı və ya həssasiyyəti. Aktiv bərpaetmə texnologiyasına malik Oral-B diş məcunu isə ağız boşluğu sağlamlığına bütöv bir yanaşma gətirir. Ağız boşluğundakı ərpi zərərsizləşdirərək diş əti problemlərini azaltmağa kömək edir. Həmçinin diş minasını minerallaşdırır və turşu eroziyasına qarşı dişləri qoruyur. Ümumilikdə isə sözügedən məcunun istifadəsi 72 % daha az diş əti və diş minası problemi deməkdir**. Müntəzəm istifadə ilə dişləri adi diş məcunları ilə müqayisədə üç qat gücləndirir***. Qeyd edək ki, Oral-B Pro-Bərpa diş məcunu orijinal, həssas bəyazlıq, ekstra fərah adlı 3 növdə istifadəçilər üçün satışa çıxarılıb”.
Oral-B diş məcununun 17 mart saat 20:00-da onlayn təqdimatı təşkil olunacaq. Oral-b.az saytında canlı yayımlanacaq tədbiri maraqlanan hər kəs izləyə bilər.
Tədbirdə “Procter&Gamble” şirkətinin Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə Baş direktoru Değer Kurtaslanoğlu, Frakfurtdan məhsul innovasiyası üzrə menecer, baş elmi işçi dr. Maria Janzer, Türkiyənin Yeditepe Üniversitetinin diş həkimliyi fakültəsinin dekanı, professor, parodontoloq Bahar Eren Kuru, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse prezidenti, cərrah, stomatoloq Rövşən Məmmədovun çıxışı, xalq artisti Röya Ayxanın maraqlı performansı planlaşdırılıb. Hüsniyyə Məhərrəmovanın aparıcılıq edəcəyi tədbirdə “Bu şəhərdə” komandasının eksklüziv səhnəciyi də yer alacaq.
Bütün izləyicilər tədbirin sonunda keçiriləcək hədiyyəli yarışmada iştirak edə bilərlər. Yarışma qaliblərindən 3 nəfər Oral-B Pro 1 750 səyahət qabı hədiyyəli elektrikli diş fırçası, 1 nəfər Türkiyədən xüsusi olaraq sifariş edilən Oral-B Genius X elektrikli diş fırçası və 1 nəfər isə Iphone 12 Pro sahibi olacaq.
Oral-B Procter & Gamble şirkətinə aid markadır.
* Gündə 2 dəfə müntəzəm istifadə ilə, zəifləmiş diş minası üzərində aparılan laboratoriya işlərində.
** Diş əti problemi olan 97 nəfər yetkin yaşlı insanlar üzərində edilən klinik iş, adi diş məcunu istifadəsi ilə müqayisədə.
*** Normal diş məcunu istifadəsi ilə müqayisədə, qida turşularının təsirinə qarşı müqavimət.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
8 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul












.jpg)







.jpg)


