Ödənişsiz kənd təsərrüfatı üzrə təlim kursları -II
"Agro Dairy" MMC silsilə kənd təsərrüfatı ilə bağlı təlimlərimlərinə yenidən start verir.
Bu sahədə maraqlı olan hər bir şəxs ödənişsiz təlim kurslarına qoşula bilər.
Peşəkar kənd təsərrüfatı ekspertlərimiz tərəfindən keçirilən bu təlim fürsətini qaçırmayın.
Təlim mövzuları aşağıdakılardır:
1. Torpaqların aqrokimyəvi analizləri - gübrələrin norma və formalarının düzgün hesablanması üçün alətlər / mexanizmlər.
2. Dənli bitkilər - toxum yetişdirilməsi
3. Bitki mühafizəsi (buğda və arpa)
4. Qarğıdalı bitkisinin əsas xəstəlikləri, zərərvericiləri, alaq otları və onlara qarşı mübarizə tədbirləri.
Elə indi qeydiyyatdan keçin.
Qeydiyyat üçün əlaqə vasitələrimiz: (+99451) 201-77-20
Qeyd: Nəqliyyat və nahar yeməyi şirkət tərəfindən qarşılanır.
“Agro Dairy” MMC, Azərbaycanda kənd təsərrüfatı sektorunda qabaqcıl şirkətlərdən biri olmaqla, regionlarda sosial və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması ilə yüksək məhsuldarlıq və onların istehsalında yüksək keyfiyyətə nail olmaq üçün yaradılmışdır. 2014-cü ildən fəaliyyətdə olan şirkətimiz müasir texnologiyalar və innovativ həllər tətbiq etməklə qida təhlükəsizliyini təmin edir. “Agro Dairy” MMC dənli taxıl bitkilərinin (buğda, darı, qarğıdalı), yem bitkilərinin (yonca), paxlalı bitkilərin (soya) əkini ilə məşğuldur. Şirkətin əsas məqsədləri - yeni ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi, növbəli əkin sistemi, idxalın yerli istehsalla əvəz edilməsi və intensiv aqrotexnologiyaların tətbiqidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)
