Səudiyyədən neftlə bağlı mühüm açıqlama
Səudiyyə Ərəbistanının neft naziri, istehsalçıların xam neft hasilatını azaltmaq məqsədilə tətbiq etdikləri müqavilənin müddətinin, bu ilin ikinci yarısına və yəqin ki, ikinci yarısından da irəli uzadılacağına əmin olduğunu söyləyib.
"Marja" xəbər verir ki, Xalid Əl-Falihin Bazar ertəsi günü Kuala Lumpurdaki Asiya Neft və Qaz Konfransında verdiyi açıqlamaya görə, ABŞ-ın şist nefti istehsalındakı artım və zavodların texniki servis üçün dayanması OPEC və müttəfiqlərinin istehsal azaltmasının yaratdığı təsiri yavaşladır. Amma istehsalçılar "şişmiş" ehtiyatları azaltmaq hədəflərinə çatmaqda qərarlıdırlar. Digər tərəfdən, Əl-Falih, qlobal neft bazarının çox yaxında yenidən balanslaşacağını və "sağlam vəziyyət"ə geri qaytarılacağına əmin olduğunu bildirib.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Bu ay Vyanada baş tutacaq OPEC toplantısında, bir çox ölkə Yanvarda başlayan və 6 ay davam edəcək müqavilənin uzadılmasını dəstəkləyəcəklərini açıqlayıblar. Səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini ilk dəfə təklif edib.
Əl-Falih, "İştirakçı üzvlərlə keçirdiyim məsləhətləşmələr nəticəsində, müqavilənin bu ilin ikinci yarısına hətta daha da uzağa uzadılacağına olduqca əminəm. İstehsalçı koalisiya, ehtiyat səviyyəsinin beş ilin ən aşağı səviyyəsinə endirmək üçün nə lazımdırsa edəcəkdir" - şəklində bildirib.
RUSİYA DA DƏSTƏKLƏYİR
Rusiya, OPEC-in neft hasilatının azaldılması müqaviləsinin 2017-ci ildən sonraya da uzadılmasını dəstəkləyir.
"Marja" xəbər verir ki, Rusiya Energetika Nazirliyindən edilən açıqlamada, "Bir sıra ssenarini qiymətləndirmişik və daha uzun bir dövr üçün müqaviləni uzatmağın bazarın yenidən tarazlığa qovuşmasını sürətləndirməyə kömək edəcəyini düşünürük" deyilir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Açıqlamada, "Rusiya, tərəfdaşlarımızın qlobal neft bazarını yenidən sabitləşdirməyə yönəlik səyləri ilə tam həmrəylik içində olduğunu göstərir və bu günə qədərki birgə səyinin çox təsirli olduğunu düşünür" - qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
45 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
48 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























