Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı

Azərbaycan Beynəlxalq Bankının ötən il həyata keçirdiyi bir sıra layihələr Azərbaycan Banklar Assosiasiyasının mükafatlarına layiq görülüb. Bank “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr”nominasiyaları üzrə ilin qaliblərindən olub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədilə yaradılmış IBA Tech Akademiyasının fəaliyyəti çərçivəsində həyata keçirilən təhsil layihələri cəmiyyətdə böyük rəğbət doğurub. Bu layihələrlə yüzlərlə gəncin Akademiyada ödənişsiz təhsil alaraq peşəkar mütəxəssis kimi yetişməsinə şərait yaradılıb. Ötən il Bank cəmiyyət qarşısında sosial məsuliyyətinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Ordusuna Yardım Fonduna, YAŞAT Fonduna böyük məbləğdə ianələr edib. Eyni zamanda koronaviruslu xəstələrin müalicəsinə kömək məqsədilə Türkiyədən 50-dən çox tibb heyətinin ölkəmizə gətirilməsini maliyyələşdirib.
Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə maliyyə savadlılığına, təhsilin dəstəklənməsinə xidmət edən korporativ sosial məsuliyyət layihələrindən biri də Massaçusets Texnologiya İnstitutunun professoru C.Qruberin dünyanın aparıcı universitetlərində tədris edilən “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyinin Azərbaycan dilinə tərcümə və nəşridir.
Azərbaycan Beynəlxalq Bankı ötən il öz məhsul və xidmətlərini pandemiya dövrünün yeni reallıqlarına ən yaxşı şəkildə uyğunlaşdıran banklardan biri olaraq bir neçə layihəni ölkədə ilk dəfə uğurla icra edib. Fiziki və hüquqi şəxs müştərilərin Bankın xidmət ofislərinə gəlmək ehtiyacının aradan qaldırılması üçün məsafədən xidmət, o cümlədən hesab açmaq imkanları yaradılıb. Sahibkarların onlayn satışlarına dəstək məqsədilə IBA Link virtual POS terminal xidməti istifadəyə verilib. Nağdsız ödənişlərin təşviqi məqsədilə bir sıra kampaniyalar keçirilib və yeni məhsullar müştərilərin istifadəsi üçün təqdim edilib. Nağdsız ödənişlər zamanı millər qazandıran loyallıq kartı IBA miles, Tələbə məlumatlarını əks etdirən həm də ödəniş kartı olan Təhsil kartı təqdim edilib. Kəşbək qazanmaq fürsətləri artırılıb. Bankın IBA Mobile tətbiqi yenilənib və tətbiqə çoxsaylı funksiyalar əlavə edilib. Təmassız ödənişlərin artırılması məqsədilə yeni bankomatlarda təmassız ödəniş alətlərindən istifadə və Azərbaycan Dəmir Yollarında təmassız ödəniş alətləri ilə ödənişlər ölkədə ilk dəfə tətbiq edilib. NFC texnologiyalarının tətbiqi hesabına təmassız ödəniş dövriyyəsi yüksəlib.
Bank ötən il kiçik və orta sahibkarlarla tərəfdaşlıq əlaqələrini də gücləndirib. Kiçik və orta biznes layihələrinin maliyyələdirilməsi genişləndirilib. Sahibkarlarla işgüzar münasibətlərin inkişafı üçün Bank Sahibkarlar Klubunu yaradıb. Eyni zamanda FinTech sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı 1-ci IBA Regional Hakatonunu keçirib və IBA İnnovasiyalar Mərkəzini yaradıb.
Azərbaycan Beynəlxalq Bankının “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr” nominasiyaları üzrə qalib olması bütün bu layihələrə verilən ictimai qiymətdir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb
-
-
19 d. əvvəl
Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
-
28 d. əvvəl
Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
-
34 d. əvvəl
Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı
-
41 d. əvvəl
“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir
- 47 d. əvvəl
-
53 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
1 saat əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
Ən çox oxunanlar

Oktyabrın 2-də gözlənilən hava şəraiti

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
