“Muğanbank”dan 2021-in ilk 2 ayında böyük mənfəət - BANK VƏZİYYƏTİNİ AÇIQLADI
Bankın məcmu kapitalında artım davam edərək 94 milyon manatı aşıbCari ilin fevral ayının sonuna “Muğanbank” ASC-nin müştərilərə verilmiş kredit portfeli 2020-ci il ilə müqayisədə 11 milyon 113 min manat artaraq, 347 milyon 59 min manat təşkil etmişdir. Ötən il bu rəqəm 335 milyon 946 min manat təşkil etmişdi.
Bu, Bankın yaydığı məlumatda bildirilir.
BANK DAHA DA BÖYÜYÜB
Məlumatda qeyd edilib ki, “Muğanbank” ASC-nin cəmi aktivləri 2020-ci ilin sonundakı 590 milyon 906,22 min manatdan 12 milyon 410,59 min manat artaraq, cari ilin fevral ayının sonuna 603 milyon 316,81 min manata yüksəlmişdir.
Cari ildə “Muğanbank” ASC yüksək Ani Likvidlik Əmsalı göstəricisi nümayiş etdirmişdir. Belə ki, müvafiq əmsal 2020-ci ilin sonunda 56.85%-dən 2021-ci il fevral ayının sonuna 81.14%-ə yüksəlmişdir ki, bu da bankın likvidliyinin adekvat səviyyədə olmasını göstərir.
MƏCMU KAPİTALI 94 MİLYON MANATI AŞIB
Dövr ərzində bankın məcmu kapitalında da artım müşahidə olunmuşdur. “Muğanbank” ASC-nin məcmu kapitalı 2020-ci il dekabr ayının sonuna 91 milyon 696,99 min manat təşkil etmişdir. 2021-ci il fevral ayının sonuna olan vəziyyətə isə bu göstərici 2 milyon 354,33 min manat artaraq 94 milyon 51,32 min manat olmuşdur.
2 AYDA 2 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT
“Muğanbank” ASC ötən ili 707,44 min manat xalis mənfəətlə başa vurmuşdur. 2021-ci ilin fevral ayının göstəricisinə əsasən bankın xalis mənfəəti 2 milyon 52,67 min manat təşkil etmişdir ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 345.23 min manat çoxdur.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan " Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 27 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
20 d. əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 24 d. əvvəl
-
31 d. əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
1 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
1 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
1 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib




























