Azər Türk Bank sahibkarlara pulsuz kartlar, ödənişsiz xidmətlər təklif edir
(®️) Dövlət bankı Azər Türk Bankla əməkdaşlığa başlayan təsərrüfat subyektləri öz əməkdaşları üçün maaş kartlarını, sayına məhdudiyyət qoyulmadan, Bankdan pulsuz əldə etmək imkanı qazanırlar.
Şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları da Bank tərəfindən hədiyyə edilir.
Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan Sahibkar kartını Azər Türk Bank öz müştərilərinə pulsuz təklif edir.
Qeyd edək ki, əməkhaqqı kartı sahibləri avtomatik olaraq SMS bildiriş xidmətinə ödənişsiz qoşulur, Bankın müasir ATB360 Mobil əlavəsindən istifadə imkanı əldə edə bilirlər.
Banka məxsus Mobil əlavə, ATM və internet səhifəsi vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına AZN köçürmələri zamanı heç bir komissiya tutulmur.
Azər Türk Banka aid əməkhaqqı kartları ilə ölkə ərazisindəki bütün bankomatlardan vəsaitin komissiyasız nağdlaşdırılması mümkündür.
Hüquqi şəxslər, fərdi sahibkarların heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq üçün Azər Türk Bankın internet səhifəsindən onlayn müraciət göndərmələri kifayətdir.
Azər Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq















