Azərbaycanın hakim partiyasının mənfəəti 24% azalıb
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ili 1 milyon 763 min manat mənfəətlə başa vurub.
Partiyanın maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 23,5% azdır.
Ötən il YAP-ın gəlirləri 12 milyon 290 min manat (illik müqayisədə 15,2% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 10 milyon 346 min manat (11,1% çox), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 1 milyon 942 min manat (42,9% çox), digər (faiz) gəlirləri isə 2 min manat (əvvəlki il olmayıb) təşkil edib. Hesabat dövründə Partiyanın xərcləri isə 10 milyon 527 min manat (25,9% çox), o cümlədən cari xərcləri 2 milyon 318 min manat (75,2% çox), saxlanma və informasiya təminatı xərcləri 7 milyon 287 min manat (30,55% çox), ictimaiyyətlə əlaqələr və parlament seçkiləri üzrə xərcləri 348 min manat (60,8% az), kredit faizləri üzrə xərcləri 7 min manat (73% az), sair xərcləri isə 568 min manat (3,8% çox) olub.
Bu il yanvarın 1-nə YAP-ın aktivləri 27 milyon 117 min manat təşkil edib ki, bu da illik müqayisədə 6,7% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 68,6% azalaraq 32 min manata düşüb, balans kapitalı isə 7% artaraq 27,085 milyon manata çatıb.
Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. Onun ehtiyat fondu 11 milyon 550 min manatdır. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 760 min üzvü olduğunu bəyan edir.
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nvidia-nın gəliri 73 faiz artıb
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















