“Goldman Sachs” ABŞ-ın iqtisadi artım tempi ilə bağlı proqnozunu artırıb
ABŞ-ın investisiya bankı “Goldman Sachs” ölkənin ümumi daxili məhsulu (ÜDM) və koronavirus pandemiyası ilə bağlı təşviq paketinin həcmi ilə bağlı gözləntisini artırıb.
Bu barədə xarici mətbuat xəbər verir.
Məlumata görə, “Goldman Sachs” iqtisadçıları bu ilin II rübü üçün ABŞ ÜDM-nin artım tempi ilə bağlı proqnozunu 1 % bəndi artıraraq 10 %-dən 11 %-ə yüksəldib. Bundan başqa, investisiya bankı teşviq paketinin həcmi ilə bağlı gözləntisini isə əvvəlki 1,1 trilyon ABŞ dollardan 1,5 trilyon ABŞ dollara çatdırıb.
“Goldman Sachs” bu il və gələn il üçün ABŞ iqtisadiyyatının böyümə tempi ilə bağlı proqnozunu 0,2 % bəndi artıraraq müvafiq olaraq 6,8 % və 4,5 %-ə yüksəldib.
“Federal Açıq Bazar Komitəsinin (FOMC) gələn il aktiv alışlarını azaltmağa başlamasını gözləyirik", - deyə bankın açıqlamasında deyilir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















