Deutsche Bank 2014-dən bu yana ilk dəfə 2020-də xalis mənfəət əldə edib
Mərkəzi ofisi Frankfurtda olan Almaniyanın ən böyük bankı Deutsche Bank, investisiya bankçılığı departamentinin artan qazanclarının təsirli ilə keçən il 2014-cü ildən bu yana ilk dəfə xalis mənfəət açıqlayıb.
Marja Deutsche Banka istinadən xəbər verir ki, bank, keçən il bazarlardakı təxminən 200 milyon avroluq zərər gözlənilməsinə qarşı 113 milyon avro mənfəət əldə edib.
Alman bankı keçən ilin son rübündə isə bazarlardakı təxminən 325 milyon avroluq zərər proqnozuna qarşı 51 milyon avro mənfəət əldə edib. Bank, 2019-da eyni dövrdə 1,6 milyard avro zərər açıqlamışdı.
Deutsche Bank qrupunun 2020-dəki xalis gəliri isə 2019-cu illə müqayisədə 4% artaraq 24 milyard avroya çatıb.
Daha yüksək gəlirlər və xərclərdə qənaətə gedilməsi Deutsche Bankın valyuta əməliyyatlarının da yer aldığı investisiya bankçılığı departamentinin gəlirlərinin artmasına səbəb olub. Bu departamentin gəlirləri 2020-də 32% artaraq 9,8 milyard avroya yüksəlib.
Digər tərəfdən, aşağı faiz dərəcələri və qlobal ticarətdəki yavaşlama, bankın korporativ və pərakəndə departamentlərinin gəlirlərinə təzyiq göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















