Agentlik “Şahdağ”ın fəaliyyətində dəyişiklik etdi
Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edirAzərbaycan Respublikası Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub. Xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq insanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlıqları üçün təhlükə yarada bilər.
Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.
Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür.
Dövlət Turizm Agentliyi bir daha istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



