“Həmin banklar problemi tam aradan qaldırmayıbılar, xüsusi nəzarətdədirlər” – ŞURADA MÜZAKİRƏ EDİLİB
Elman Rüstəmov: "Mövcud şəraitdə bütün banklarda portfelin pisləşməsi prosesi gedir"
Ötən ilin əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmov adlarını açıqlamayaraq maliyyə vəziyyəti zəif olan bir neçə bankın nəzarətə götürüldüyünü, kapitalın artırılması üçün səhmdarlarına vaxt verildiyini bildirmişdi.
Marja-nın məlumatına görə, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hələ də həmin banklar xüsusi nəzarətdədirlər:
“Banklarla iş prosesi gedir, keçən il onlarda kapitallaşma prosesi getdi. Proses dinamikdir. Mövcud şəraitdə bütün banklarda portfelin pisləşməsi prosesi gedir. Xüsusilə, pandemiyada zərər çəkmiş sektorlara verilmiş kreditlərə aiddir. Hamıya aydındır, onlar bu kreditləri qaytarmaqda çətinlik çəkirlər, onlar işləməyi gözləyirlər. Xidmət sektoruna verilmiş kreditlərdir, zəncirvari reaksiya ilə bütün sektorlara toxunur. Açıq da deyim ki, çatdığımız nəqtədən bir az da geriləmə baş verib. Obyektiv olaraq pandemiyanın yaratdığı problemlərdir. O banklarda yaxşılaşma var, amma problem tam aradan qaldırılmayıb, ona görə də onlar xüsusi nəzarətdədirlər. Onların səhmdarları ilə iş davam edir, bu yaxınlarda biz məsələni Maliyyə Sabitliyi Şurasının iclasında geniş müzakirə etmişik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
45 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
